Vahid namizəd iftar süfrəsindən qaçdı – Video
Bizi izləyin

Dünya

Vahid namizəd iftar süfrəsindən qaçdı – Video

İstanbulda təşkil olunan iftar süfrəsində İhsanoğlunun cangüdənləri ilə MHP-çilər toqquşdu.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyası (MHP) Türkiyədə müxalifətin prezidentliyə vahid namizədi Ekmeleddin İhsanoğlunu iftar süfrəsinə dəvət edib. Lakin iftar atışma səsi ilə müşayiət olunub. Belə ki, MHP-çilərlə İhsanoğlunun cangüdənləri arasındakı mübahisə sonradan yumruq davasına çevrilib. Cangüdənlərdən biri havaya atəş açıb. Nəticədə vahid namizəd iftar süfrəsini tərk edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm