Müsəlmanlara Həcc xəbərdarlığı
Bizi izləyin

Dünya

Müsəlmanlara Həcc xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Həccə gedən milyonlarla müsəlmana müraciət edərək onları gigiyenaya əməl etməyə, Yaxın Şərq Respirator Sindromundan (MERS) qorunmağa çağırıb.

ÜST təmsilçisi Mark Jakobs iyulun 10-da deyib ki, əlləri yumaq və öskürən adamlardan kənar durmaq bu virusdan qorunmağın ən sadə yoludur.

Jakobs əlavə edib ki, Məkkədən qayıdan xəstə zəvvarların Asiyada bu xəstəliyi yayması təhlükəsi də azdır.

O, MERS-in ilkin düşünüldüyündən az yoluxucu olduğunu bildirib. Ancaq bu virusdan Yaxın Şərqdə 287 nəfər ölüb.

Xatırladaq ki, ötən həftə Filippin dindarlara müraciət edib, MERS təhlükəsinə görə Məkkəyə getmək planlarına yenidən baxmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm