Əyləncə gecəsində FACİƏ - 9 nəfər öldü
Bizi izləyin

Dünya

Əyləncə gecəsində FACİƏ - 9 nəfər öldü

Braziliyanın Sao Paulo şəhərində əyləncə gecəsində yaranan basırıq nəticəsində doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Publika.az xəbər verir ki, polisin iki nəfəri həbs etdirməyə çalışması nəticəsində 5 min insanın iştirak etdiyi bir gəcədə basırıq yaranıb. Həmin iki nəfər Paraizopolis rayonunda asayişi pozurmuşlar. Şübhəlilər motosikletlə qaçaraq polislərə atəş açıblar, sonra əyləncə gecəsinin iştirakçıları arasında gizlənməyə çalışıblar.

Polis əməkdaşları cavab olaraq rezin güllələrdən və kimyəvi maddələrdən istifadə ediblər. Hadisə, orada olanlar arasında çaxnaşmaya və basırığa səbəb olub.

Bütün xəsarət alanların xəstəxanaya aparıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm