Xunta Tailandın ən məşhur çimərliyində - FOTOLAR
Bizi izləyin

Dünya

Xunta Tailandın ən məşhur çimərliyində - FOTOLAR

Təxminən 100 əsgər “Patonq” çimərliyinə və ətrafında “ictimai asayişin pozulduğu”yerlərə gedib vəziyyətə nəzarət edib. Çimərliyin ağ qumunun üstündə hərbi botinka, uniforma və silahlarla gəzən əsgərləri görən hər kəs təəccüblənib.

Komandir Sayan Çanaçivonq deyib: “Vəzifəmiz Patonq çimərliyini” köhnə vəziyyətinə qaytarmaqdır. İllərdir burada işləyənlər çimərliyi məhv edib. Və heç kim buna səsini çıxartmayıb. Artıq gəzməyin belə çətinləşdiyi bu çimərliyi xalqa yenidən qaytaracağıq”.

Xatırladaq ki, xunta 2015-ci ilin oktyabrında keçiriləcək prezident seçkisinədək ölkədə islahatlar aparmağı planlaşdırır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm