PKK təslim olan üzvlərinə atəş açdı (VİDEO)
Bizi izləyin

Dünya

PKK təslim olan üzvlərinə atəş açdı (VİDEO)

PKK terror təşkilatı 2 üzvünə atəş açıb.

ANS PRESS-in məlumatına görə, terror təşkilatının üzvləri Türkiyə ordusuna mane olmaq üçün onlara atəş açıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Hakkarinin Çukurca bölgəsində baş vermiş hadisədə təslim olmaq istəyənlər hər hansı bir xəsarət almayıblar. Yüksək təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq PKK üzvlərini izləyə bilib. Bununla belə Türkiyə ordusu PKK-nın bu məqsədinə çatmasına imkan verməyib. Atılan cavab atəşi ilə PKK susdurulub.

Təslim olan PKK üzvləri silahsız və təhcizatsız olublar. Hər iki şəxs Çuxurca Prokurorluğuna təhvil verilib. Onlar barəsində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm