Abdullah Gül son səfərə hazırlaşır
Bizi izləyin

Dünya

Abdullah Gül son səfərə hazırlaşır

Avqust ayının sonunda vəzifə müddəti başa çatacaq Türkiyə prezidenti Abdullah Gül 19 İyulda son səfərini həyata keçirəcək.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinə edləcək səfər 2 gün davam edəcək.

A.Gül 2007-ci ildə prezident seçilməsindən sonra da ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə etmişdi. Dövlət başçısının bu səfəri sülh hərəkatının ildönümünəə təsadüf edir. Prezident bu məqsədlə keçirilən mərasimlərə qatılacaq.

Qeyd edək ki, 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə adada əməliyyata başlayıb. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm