Son 30 ilin ən böyük neft ehtiyatı tapıldı - Prezidentdən açıqlama
Bizi izləyin

Dünya

Son 30 ilin ən böyük neft ehtiyatı tapıldı - Prezidentdən açıqlama

Meksikanın Tabasko əyalətindəki “Quesqui” neft sahəsində son 30 ilin ən böyük neft ehtiyatı kəşf edilib.

Publika.az xəbər verir ki, bu barədə “Petroleos Mexicanos” dövlət neft şirkətinin prezidenti Oktavio Romero danışıb.

Prezident bildirib ki, neft sahəsində 500 milyon barelə yaxın neft ehtiyatı tapılıb.

“Quesqui”də ilk quyunun iyun ayında açıldığını və burada 4 min 500 barel neft istehsalı edildiyini deyən Romero 34 kvadrat kilometr genişliyindəki sahədə 11 quyu qazacaqlarını qeyd edib. Həmçinin, neft sahəsində 2020-də gündəlik 69 min, 2021-ci ildə isə gündəlik 110 min barel neft ilə təxminən, 11,61 milyon kub metr təbii qaz istehsal ediləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm