Tbilisidə yanacaqdoldurma məntəqəsində güclü yanğın - YARALILAR VAR
Bizi izləyin

Dünya

Tbilisidə yanacaqdoldurma məntəqəsində güclü yanğın - YARALILAR VAR

Tbilisidə YDM-də baş verən yanğın zamanı beş nəfər xəsarət alıb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Xəsarət alanların biri qadın, digər biri yeniyetmə, üçü isə kişidir. Onlar xəstəxanalara çatdırılıblar.

Yağın YDM ərazisində yerləşən mağazanın iki otağında baş verib. Yanğınsöndürənlər yanğının yayılması və partlayışın qarşısını alıblar.(Report)

***

18:17

Tbilisidə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Əraziyə yeddi yanğınsöndürən maşın cəlb olunub. YDM-də yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alanların YDM əməkdaşları olduğu bildirilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm