Dünya
Donetskdə döyüşlər gedir (FOTO)
Bu gün saat 15:00-dan etibarən Donetsk
aeroportunun yaxınlığında yerləşən Kiyev rayonunda döyüşlər
başlayıb.
Publika.az-ın məlumatına görə, yerli sakinlər
Donetskdə döyüşlərin intensivləşdiyi, mərmilərin partlayışları və
qara tüstü gördükləri barədə xəbər yayıb. Döyüş başlamamişdan bir
qədər əvvəl aeroporta tərəf “Vostok” batalyonunun 8 tankı, yığma
qoşun döyüşçüləriylə dolu 6 Kamaz keçib. Yük maşınının üstündə
topların da olduğu deyilir.
Dayanacaqlarda və yaşayış evlərinin bloklarında
Donetskdə və Makeyevkada "döyüş hərəkətləri zonasında əhalinin
hərəkətləri " vərəqələri yapışdırılıb. Daha əvvəl belə vərəqələr
Ukrayna hökümət qüvvələri tərəfindən Slavyansk, Kramatorsk və
Luqansk yayılırdı.
Donetsk şəhər şurasının mətbuat xidməti qeyd edib
ki, şəhərdə DXR nümayəndələrinin döyüşmək üçün kişiləri yığdığı
haqda şayiələr yayılır. "Bu informasiya həqiqətə uyğun deyil” , -
deyə Donetsk şəhər şurasının mətbuat xidməti
bildirib.
Həmçinin, şəhər şurası Mospino şəhərinin
aerodromunda yerə enmiş döyüş təyyarələri haqqında şayiələri də
təkzib edib. "Bu aerodrom paraşütlə tullanmaq üçün nəzərdə tutulub.
Uçuş-enmə zolağına çınqıl töküldüyündən aerodrom hərbi təyyarələri
qəbul edə bilməz".
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO