Hindistanda qorxunc hadisə - 35 nəfər yanaraq öldü
Bizi izləyin

Dünya

Hindistanda qorxunc hadisə - 35 nəfər yanaraq öldü

Hindistanın paytaxtı Dehlidə yerəşən fabriklərdən birində baş verən güclü yanğın çoxsaylı insan tələfatına səbəb olub.

Publika.az xəbər verir ki, paytaxtın Anac Mandi bölgəsində baş verən yanğın yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. İlkin olaraq 35 nəfərin fabrikdə yanaraq və ya boğularaq öldüyü, daha 50 nəfərin isə xilas edildiyi bildirilir. Xias edilənlər arasında zəhərlənmiş ibnsanlar var.

Hazırda axtarış işləri davam etdirilir, ölənlərin sayının artacağı ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm