Hindistandan müsəlmanlarla bağlı SENSASİON ADDIM
Bizi izləyin

Dünya

Hindistandan müsəlmanlarla bağlı SENSASİON ADDIM

Hindistan parlamenti müsəlmanlara qarşı radikal addım atıb.

Publika.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, qəbul edilən yeni qanuna əsasən, ətraf dövlətlərdən gələn 6 fərqli ölkənin dini qruplarına vətəndaşlıq almaq üçün yol açılır.

Lakin bu qanun müsəlmanlara şamil olunmur.

Hindistan dünyada ən çox müsəlmanın yaşadığı ikinci ölkədir. Rəhbərliyin yeni qanunla 200 milyonluq müsəlmanı ikinci sinif vətəndaş etmək və bir çoxunu vətənsiz qoymaq niyyətinin olduğu bildirilir.

Yeni Vətəndaşlıq Dəyişikliyi Qanunu, Pakistan, Banqladeş və Əfqanıstandan gələn hindu, buddist, yəhudi, fars və xristianları qorumaq məqsədi daşıyır. Qanun, ailələrinin nəsillər boyunca Hindistanda yaşadığına dair dəlil verə bilməyən müsəlmanların həbs edilməsi və ya deportasiyasını isə bir qədər də asanlaşdırır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm