Qətərin 4 şahzadəsi həbs edildi - Səbəb bu imiş
Bizi izləyin

Dünya

Qətərin 4 şahzadəsi həbs edildi - Səbəb bu imiş

Pakistan Qətərin 7 vətəndaşını həbs edib.

Publika.az xəbər verir ki, onlardan 4-ü Qətər kralının ailə üzvüdür.

Bəlucistan əyaləti Vəhşi Təbiət Departamenti rəsmilərinin “Dawn” saytına verdiyi xəbərə görə, qətərlilər Nuşki bölgəsində qanunsuz ovla məşğul olub. Onlar həbs olunmamaq üçün yerli əhali kimi geyinsələr də, bu, işə yaramayıb.

Qeyd edək ki, Pakistan hökuməti Körfəz ölkələrindən olan şahzadələrə adambaşına 100 min dollar ödəniş qarşılığında 15 bölgədə ovçuluqla məşğul olmağa icazə verir. Bu məbləğ 10 gün ərzində keçərlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm