Silahlı şəxslər şəhərə basqın edib 15 nəfəri öldürdü
Bizi izləyin

Dünya

Silahlı şəxslər şəhərə basqın edib 15 nəfəri öldürdü

"Boko Haram" terror təşkilatı növbəti qanlı hücum həyata keçirib.

Publika.az xəbər verir ki, silahlı təşkilata aid olan 11 avtomobil Nigeriyanın şimal-şərqindəki Borno ştatının Maqumeri şəhərinə hücüm edib. Avtomobillərdən düşən terrorçular şəhər sakinlərini və onları qoruyan polisləri gülləboran edib.

Atışmada təhlükəsizlik xidmətinin və könüllülərin 8 döyüşçüsü, həmçinin 7 dinc sakin həlak olub.

Qeyd edək ki, "Boko Haram" terror təşkilatı hər il Nigeriyada minlərlə insanı qətlə yetirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm