Donetsk aeroportu uğrunda döyüşlər gedir
Bizi izləyin

Dünya

Donetsk aeroportu uğrunda döyüşlər gedir

Donetsk aeroportu terrorçular tərəfindən “ZU-23M” özüyeriyən zenit sistemi ilə atəşə tutulub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, son gecə ərzində terrorçular antiterror güclərinin mövqelərinə bir neçə hücum təşkil edib. Luqansk vilayətinin Rayqorodka və Staraya Krasnyanka yaşayış məntəqələrdəki blokpostların minaatanlardan atəşə tutulduğu bildirilir. Hərbi ekspert antiterror gücləri arasında itkinin olmadığını qeyd edib.

Rusiya-Ukrayna sərhədində də vəziyyət gərgin olaraq qalır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Rusiya ilə sərhəddə provokasiyalar davam edir. Dünən Ukrayna hava məkanında Rusiyanın altı vertolyotunun uçuşunun qeydə alındığı bildirilir.

Qeyd edək ki, Donetsk vilayətinin Seversk şəhəri azad edilib. Bununla belə, “İzvarino” və “Dovjanskiy” sərhəd nəzarət buraxılış məntəqələri, həmçinin Donetsk, Luqansk, Severodonetsk və Qorlovka şəhərləri separatçıların əlindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm