Dünya
Xaricdə qohumu olanlar daha deputat seçilməyəcək
Rusiya Dövlət Dumasının üzvü Yegveni Fyodorov dövlət qulluğuna qəbul qaydalarının dəyişdirilməsi təklifi ilə çıxış edib.
Publika.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, deputat xaricdə yaxın qohumları olan Rusiya vətəndaşlarının dövlət qulluğuna götürülməməsini təklif edir. Fyodorov hesab edir ki, yaxın qohumları əcnəbi ölkələrdə olan məmurların xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən şantaja məruz qalma ehtimalları çoxdur.
O, nümunə kimi Dumanın LDPR partiyasından olan üzvü Valeri Seleznyovun oğlunun Maldiv adalarında ABŞ tərəfindən həbs edilməsini göstərib və bu hadisəni şantaj adlandırıb: “Əslində, Duma üzvlərinin 80 faizi belə halla üzləşib. Sadəcə, bu haqda heç kim danışmaq istəmir. Yaxın qohumunu xaricdə həbs edirlər, sonra onu azadlığa buraxmaq müqabilində öz dövlətinin maraqlarına xəyanət etməyə məcbur edirlər. Odur ki, qanunvericiliyə dəyişikliklər edilməsi mütləqdir”.
Qeyd edək ki, Fyodorov məmurların xarici banklarda əmanət saxlamasının, başqa dövlətlərdə əmlak almasının qəti əleyhdarı kimi tanınır.
İlqar
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər