Malayziyali deputatın alman futbolçularına təbriki: ”Afərin, yaşasın Hitler!”
Bizi izləyin

Dünya

Malayziyali deputatın alman futbolçularına təbriki: ”Afərin, yaşasın Hitler!”

Futbol üzrə dünya çempionatında Almaniyanın Braziliya üzərində 7-1 hesablı qələbəsi ətrafında söz-söhbətlər hələ də bitmir. Bu dəfə diqqət mərkəzinə malayziyalı deputat Bunq Muxtar Radin düşüb.

Publika.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, Braziliya-Almaniya matçından sonra deputat öz “Twitter” hesabında almanları təbrik edib: ”Afərin sizə, bravo... yaşasın Hitler”.

Bunqun tviti Malayziyada qızğın diskussiyalara səbəb olub. Almaniyanın Malayziyadakı səfiri Xolqer Mixail də də məsələyə münasibətini bildirərək deyib ki, ölkəsi onların komandasına dəstəyi qiymətləndirir: ”Amma Hitlerin faşist rejiminə işarə vurulması bizim üçün qəbuledilən deyil”.

Deputatın özü isə yazdığından peşman deyil, sözlərini də geri götürmək istəmir: ”Anlamıram, nə baş verib ki? Hitler tarixin bir parçasıdır. Alman komandası da onun kimi vuruşdu”.

O da qeyd edilir ki, iyulun 8-də baş tutan oyun zamanı sosial şəbəkələrdə “nasist” , “faşist”, “Hitler” yazılmış tvitlərin sayı xeyli çox olub. Elə Azərbaycanda da sosial şəbəkələrdə bu mövzuya həsr edilmiş minlərlə status yazılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm