Ukrayna Putinin idarə etdiyi qatar barədə araşdırmalara başladı
Bizi izləyin

Dünya

Ukrayna Putinin idarə etdiyi qatar barədə araşdırmalara başladı

Ukrayna, Rusiyadan Krıma gedən sərnişin qatarı ilə bağlı araşdırmalara başlayıb.

Publika.az “euronews”ə istinadən xəbər verir ki, məhkəmənin iddiasına görə, qatar Ukrayna sərhədini qanunsuz şəkildə pozub. Rəsmi Kiyev məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini istisna etmir.

Xatırladaq ki, iki gün əvvəl Rusiya ilə Krım arasında inşa edilən Avropanın ən uzun dəmir yolu körpüsünün açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Kreml rəhbəri sükanı arxasında olduğu qatar ilə körpüdən keçərək, açılışı həyata keçirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm