Həmas Təl-Əvivdəki hava limanını vurdu (VİDEO)
Bizi izləyin

Dünya

Həmas Təl-Əvivdəki hava limanını vurdu (VİDEO)

15:36

Publika.az-ın verdiyi xəbərə görə, Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, İsrailin paytaxtı Təl-Əvivdəki Ben Gurion hava limanını M75 mərmiləri ilə vurduğunu elan edib. İzzəddin əl-Qəssam Briqadasının yaydığı məlumata görə, Təl-Əviv şəhərinin mərkəzindən 15 kilometr uzaqlıqda olan Ben Gurion hava limanı 4 ədəd M75 mərmisi ilə hədəfə alınıb.

İsrail ordu spikeri podpolkovnik Peter Lerner “Twitter” hesabından məlumat yayıb. Məlumata əsasən, Qəzzadan atılan 3 raket Təl-Əvivin əl-Kubra bölgəsindəki "Dəmir Qübbə" müdafiəetmə sistemi tərəfindən zərərsizləşdirilib.

Ən son məlumata görə, Qəzzadan İsrailə atılan raketlərin birinin Aşdot məntəqəsindəki benzin stansiyasına düşməsi nəticəsində 8 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, İsrailin Fələstinə qarşı başladığı hücumların 5-ci günündə Qəzzada həyatını itirənlərin sayı açıqlanıb. Fələstin KİV-lərinə istinadən məlumata görə, bu ana qədər ölən fələstinlilərin sayı 98-ə çatıb, yaralıların sayı isə 700-ü ötüb.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm