Ukrayna ordusu ağır itki verib: 50 ölü
Bizi izləyin

Dünya

Ukrayna ordusu ağır itki verib: 50 ölü

Terrorçular Ukrayna antiterror güclərini “Qrad” yaylım atəş sistemi ilə atəşə tutub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror operativ əməliyyat qrupunun mətbuat katibi Vladislav Seleznyov bildirib.

Atəş nəticəsində 30-dan 50-yə qədər hərbçinin həlak olduğu bildirilir. “Antiterror gücləri arasında itkilər var. Həlak olanların sayı dəqiqləşdirilir”, - o söyləyib.

Vladimir Parasyuk adlı sosial şəbəkə istifadəçisi isə Luqansk vilayətində xoşagəlməz hadisələrin baş verdiyini yazıb: “Rusiya döyüşçüləri 24-cü motoatıcı briqadadan hərbçilərimizi atəşə tutub. Çoxlu sayda yaralı və həlak olan var. Əlaqə yoxdur, hər şey yanıb. Kömək isə gəlmir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm