Zorlanmış qızı lağa qoydular
Bizi izləyin

Dünya

Zorlanmış qızı lağa qoydular

On altı yaşlı Texas sakini Cadaya yuxu dərmanı verilərək onu zorlayıblar. Sonradan çılpaq Cadanın fotoları çəkilərək internetdə yayımlanıb. Sosial şəbəkə istifadəçiləri yeniyetmənin zorlanma pozasını lağa qoyaraq “trollar” hazırlanıb. İnternet istifadəçiləri Cadanı təqlid edən şəkillər şəkdirib üzərinə “jadapose” sözlərini yazıb. Bir çox “trollar” silinsə də, hələ də istifadəçilər yeniyetməni lağa qoymaqda davam edirlər.

Cada yayılmış “trollara” münasibətini bildirərək proqramların birində çıxış edib. O, deyib: “Hamı mənim simamı və bədənimi görüb. Lakin mən demək istəyirəm ki, mənim yerimdə hər kəs ola bilərdi”.

Qeyd edək ki, dostları ilə əylənən Cadanın içkisinə yuxu dərmanı əlavə edilib. Bundan sonra nə baş verdiyini anlamayan Cada internetdə çılpaq fotolarını gördükdən sonra zorlandığı haqda öyrənib və polisə məlumat verib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm