Yüzə qədər terrorçu məhv edilib
Bizi izləyin

Dünya

Yüzə qədər terrorçu məhv edilib

Ukrayna antiterror güclərinin aviasiyası Donetsk və Luqansk vilayətlərində 100-ə qədər terrorçu məhv edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror güclərinin “facebook” səhifəsində bildirilib.

“Aviasiya zərbələrinin nəticələrinə görə, Rovenkax, İzvarino və Luqansk şəhərinin yaxınlığındakı Novosvetlovka qəsəbəsində 100-ə qədər terrorçu və hərbi baza məhv edilib”, - xəbərdə deyilir.

Bundan başqa, 2 “Qrad” yaylım atəş sistemi, 1 “ZU-23” özüyeriyən zenit sistemi və 3 “Kamaz” avtomobili məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm