Fransa Azərbaycana zenit-raket kompleksi satmır
Bizi izləyin

Dünya

Fransa Azərbaycana zenit-raket kompleksi satmır

Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Fransanın “Intelligence Online” bülleteni Fransanın Azərbaycana orta mənzilli zenit-raket kompleksləri satmaq istədiyini bildirib. Bülletendə deyilirdi ki, bu ilin may ayında Azərbaycana səfər etmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin satışını lobbiləşdirib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Fransanın Ermənistandakı səfiri Anri Reno Yerevanda keçirdiyi mətbuat konfransında informasiyanı təkzib edib.

“Mən həqiqətən silah satışı barədə heç nə bilmirəm. Fransanın Azərbaycana silah satdığını da eşitməmişəm. Belə bir şey yoxdur. Silah satışı haqda informasiya həqiqətə uyğun ola bilməz”, - deyə diplomat vurğulayıb.

Səfir ölkəsinin Minsk Qrupunu üç həmsədrindən biri olduğunu xatırladaraq əlavə edib ki, Fransa problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. O, silah satışının bu prinsipə zidd olduğunu dilə gətirib.

Fransız səfir ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq münaqişə tərəflərinə silah satılmasına tərəfdar olmadığını bildirib.

Qeyd edək ki, SAMP/T zenit-raket kompleksləri üçün "Aster 30” idarə olunan raketlərdən istifadə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm