Qəzzada vəziyyət nəzarətdən çıxır
Bizi izləyin

Dünya

Qəzzada vəziyyət nəzarətdən çıxır

İsrailin Qəzza zolağına raket zərbələri davam edir.

ANS TV-nin məlumatına görə, İsrail son günlər gərginliyin davam etdiyi müddət ərzində Qəzza zolağına 1000-dən çox raket zərbəsi endirib. Zərbələr nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.

HƏMAS bunlara 550-dən çox raket zərbəsilə cavab verib. Bu gün İsrail ərazisi Livandan da bombalanıb. Dörd gün ərzində İsrail tərəfdən isə cəmi bir nəfər dinc sakin ağır yaralanıb. Qəzza zolağının mərkəzi demək olar ki, boşaldılıb. Bütün dükan və bazarlar bağlanıb.

İsrail qoşunları Qəzza zolağı sərhədində gözləməkdə davam edir. Ordu rəhbərliyi bölgəyə hər an girə biləcəklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm