Bu ad tarixə qovuşdu - SƏBƏB
Bizi izləyin

Dünya

Bu ad tarixə qovuşdu - SƏBƏB

Hollandiya 2020-ci ilin 1 yanvarından rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.

Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.

Bildirilir ki, yerli hakimiyyət orqanları, özəl şirkətlər və ali məktəblər yalnız Niderland adından istifadə edəcəklər.

Hökumətin fikrincə, bu qərar yenidən ölkəyə turizm axınını şaxələndirəcək. İndi səyahətçilərin çox hissəsi məhz Amsterdam, Harlem və Haaqa şəhərləri ilə tarixi Hollandiyaya baş çəkir. Bu şəhərlər turizm axınının öhdəsindən çətinliklə gəlirlər.

Hakimiyyət islahat adı ilə turistlərin qeyri-populyar regionlara marağını cəlb etmək, həmçinin "narkomanlar üçün cənnət" imicindən qurtulmaq niyyətindədir. Eyni zamanda "qırmızı fənərlər küçəsi" üzrə ekskursiyalar demək olar, tamamilə ləğv edilib və qanuni əxlaqsızlıq yuvalarının sayı azalır.

Hakimiyyət orqanları ad islahatına 200 min avro vəsait ayırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm