Qasım Süleymaninin qızı Ruhaniyə elə sual verdi ki... - VİDEO
Bizi izləyin

Dünya

Qasım Süleymaninin qızı Ruhaniyə elə sual verdi ki... - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin Bağdad hava limanında öldürülməsindən sonra İran İslam Respublikasının prezidenti Həsən Ruhani generalın ailəsini ziyarətə gedib.

Publika.az xəbər verir ki, İran televiziyalarının da canlı yayımladığı ziyarət əsnasında Süleymaninin qızı Ruhaniyə "atamın intiqamını kim alacaq" sualını verib.

İran prezidenti isə cavabında "hamısının intiqamını alacağıq, heç narahat olmayın" deyib.

Qeyd edək ki, Qasım Süleymaninin iki qızı və üç oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm