İsrailin telefon təxribatı
Bizi izləyin

Dünya

İsrailin telefon təxribatı

İsrail 300 min fələstinlini telefonla təhdid edib.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Kömək Təşkilatı (UNRWA) İsrail ordusunun hər an Qəzzaya hücum edə biləcəyini və mülki əhalini evlərindən çıxarmağa çalışdığı barədə açıqlama verib.

UNRWA-dan verilən açıqlamada bildirilir ki, dünən günorta saatlarından etibarən İsrail ordusu təxminən 300 min fələstinliyə telefonla səs yazısı dinlədib. Səs yazısında hər an torpaqlarına hücum ediləcəyi səbəb kimi göstərilərək onlardan evlərindən çıxmaları istənilib.

UNRWA bu üsulun vətəndaşları evlərini tərk etmə taktikası olduğuna diqqəti çəkib.

İsrailin eyni taktikadan 2012-ci ildə çox uğurla istifadə etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm