Netanyahudan gülünc açıqlama: "Yanlışlıqla vururuq"
Bizi izləyin

Dünya

Netanyahudan gülünc açıqlama: "Yanlışlıqla vururuq"

İsrailin Baş naziri Netanyahu Fələstinə hücumlar zamanı mülki vətəndaşların hədəfə çevrilmələrini yanlışlıq adlandırıb.

Axar.az xəbər verir ki, Netanyahu beynəlxalq aləmin təzyiqlərinə baxmayaraq, hücumları davam etdirəcəklərini qeyd edib.

Netanyahu açıqlamasında son günlər edilən hücumların 2012-ci ildəki hərbi əməliyyatlardan daha şiddətli olduğunu söyləyib:

"Qəzzada 1000-dən çox hədəfi vurduq. Həmas üçün təhlükəsiz heç bir yer qoymayacağıq".


İsrail Baş naziri hədəflərinin Həmas üzvləri olduğunu bildirərək, Həması vətəndaşların arxasında gizlənməkdə günahlandırıb:


"Həmas liderləri və döyüşçüləri vətəndaşlara sığınaraq gizlənir. Qəzzada sadə vətəndaşları səhvən vurmuş oluruq. Əsl hədəfimiz Həmas və liderləridir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm