Ruhanidən Fələstinə dəstək
Bizi izləyin

Dünya

Ruhanidən Fələstinə dəstək

İran prezidenti Həsən Ruhani İsrailin Fələstinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı müsəlman dövlətlərinin rəhbərlərinə müraciət edib.

ANS PRESS-in məlumatına görə, Ruhani köməksiz vəziyyətdə qalan fələstinlilərə kömək etmək üçün müsəlman ölkələrini birliyə çağırıb.

“Fələstin xalqının taleyinə görə, bütün müsəlman dünyası cavabdehlik daşıyır. Qəzzada vəziyyət humanitar fəlakət həddinə çata bilər. Məzlum Fələstin xalqına qarşı İsrailin təcavüzkar hərəkətlərində bütün beynəlxalq təşkilatlar və dünyanın azadlıq axtaran ölkələrin ortaq məsuliyyəti var”.

İran prezidenti fələstinlilərin müqavimətini qəhrəmanlıq kimi dəyərləndirib və onların bu hərəkətini tam qanuni sayıb:

"Şübhəsiz Fələstin xalqı möhkəm və böyük millətdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm