Öcalanın bacısı qızı siyasətə girdi (FOTO)
Bizi izləyin

Dünya

Öcalanın bacısı qızı siyasətə girdi (FOTO)

PKK terror təşkilatının həbsdə olan lideri Abdulah Öcalanın bacısı qızı 27 yaşlı Dilək Öcalan da siyasətə girdi. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, Dilək Öcalan Demokratik Bölgələr Partiyasının (DBP) qurultayında partiya idarə heyətinin üzvü seçilib.

Abdullah Öcalanın bacısı Fatma Öcalanın qızı olan D. Öcalan Mersin universitetində təhsilini başa vurub və bir müddət Diyarbəkir Bağlar bələdiyyəsində işləyib. Dilək Öcalanın daha əvvəl partiyada aktiv fəaliyyətinin olmadığı bildirilir.

Xatırladaq ki, Dilək Öcalan ilk dəfə 2013-cü il dekabrın 23-də dayısı Abdullah Öcalanla İmralı adasında görüşmüş və daha sonra görüşün detalları barədə mətbuata bəyanat vermişdi.

Qeyd edək ki, PKK terror təşkilatını siyasi yöndən dəstəkləyən Barış və Demokratiya Partiyasının (BDP) adı son qurultayda DBP olaraq dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm