Həmas İsrailə hücum etdi – Video
Bizi izləyin

Dünya

Həmas İsrailə hücum etdi – Video

Həmasın hərbi qolu olan İzəddin Əl-Kassam Tuqayları Qəzzanın şərqindəki İsrail hərbi mövqelərini top atəşinə tutub.

Publika.az xəbər verir ki, İsrail ordusunun rəsmi “Tvitter” hesabında verilən açıqlamada Qəzza sərhədində olan iki əsgərin top atəşindən yaralandığı bildirilib.

“İkinci TV” kanalı isə hadisə ilə bağlı qeyd edib ki, top mərmisinin atıldığı hədəfə İsrail ordusu hücum edib.

Şahidlərin dediyinə görə, Kassam Tuqayları Qəzzanın şərqindəki Nahal Oz (Eş-Şucaiye) sərhəd məntəqəsi də daxil olmaqla hərbi bölgəni hədəfə alıb.

Xatırladaq ki, iyulun 7-dən indiyədək İsrail ordusunun Qəzzaya təşkil etdiyi hücumlarda 108 nəfər ölüb, 670 nəfər isə yaralanıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm