Liviyada atəşkəs sazişinin imzalanmasına bu ölkə mane oldu
Bizi izləyin

Dünya

Liviyada atəşkəs sazişinin imzalanmasına bu ölkə mane oldu

“Liviyada atəşkəs sazişinin imzalanmasına Birləşmiş Ərəb Əmirlikləri mane olub”.

Publika.az xəbər verir ki, BMT-nin tanıdığı Milli Birlik Hökumətinin Ali Şurasından belə açıqlama verilib. Bildirilib ki, Moskva tərəfindən hazırlanan sənəd general Xəlifə Haftarın maraqlarına uyğun olub. Lakin müdaxilələr sazişin baş tutmasına mane olub.

Xatırladaq ki, Moskva danışıqları zamanı Liviyada atəşkəs əldə edilib. Milli Birlik Hökuməti atəşkəs sənədini imzalasa da, Xəlifə Haftar imtina edib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm