Türkiyə müsəlman ölkəsinə muzdlu silahlılar yeritdi - Böyük müharibə hər an BAŞLAYA BİLƏR
Bizi izləyin

Dünya

Türkiyə müsəlman ölkəsinə muzdlu silahlılar yeritdi - Böyük müharibə hər an BAŞLAYA BİLƏR

Türkiyənin nəzarətindəki 2 min suriyalı döyüşçü Liviyaya göndərilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın “Guardian” qəzeti belə iddia yayıb. İddialara görə, muzdlu silahlılar Türkiyə marşrutu ilə Liviyaya göndərilib. Məlumata görə, Suriyada 500 lirə qarşılığında döyüşən silahlılar, Liviyada təqribən 2 min lirə alacaq.

Xəbərdə qeyd olunur ki, muzdlu döyüşçülərin məvacibini Türkiyə deyil, Liviyanın Milli Birlik Hökuməti ödəyəcək. Bundan əlavə, suriyalı silahlılara Liviyada döyüşmək qarşılığında Türkiyə vətəndaşlığı da vəd olunub.

Qeyd edək ki, Liviyada general Xəlifə Haftarın rəhbərlik etdiyi hökumət atəşkəsin başa çatdığını bəyan edib. General, Tripoli ətrafına böyük qüvvə toplayıb. Bölgədə hər an şiddətli döyüşlər başlaya bilər.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm