İsraildən Ankaraya şok təklif
Bizi izləyin

Dünya

İsraildən Ankaraya şok təklif

İsrail Türkiyəyə Qəzza zolağına yardım göndərilmək üçün dəstək təklif etdi.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdullah Gülün Qəzzaya qarşı hücumlarla bağlı xəbərdarlığından sonra İsrail hökuməti Türkiyəyə sürpriz təklif edib. İsrailin Ankaradakı səfirliyi Gülün bu çıxışından sonra Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və Qəzzaya yardım məsələsində dəstək verə biləcəklərini bildirib.

Səfirlik fələstinli terror qruplaşmalarının İsrailə atdıqları yüzlərlə raketə rəğmən, Qəzzaya giriş-çıxışlara nəzarət etdiklərini bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm