16 min insan təşviş içindədir: nüvə müharibəsi yaxınlaşır
Bizi izləyin

Dünya

16 min insan təşviş içindədir: nüvə müharibəsi yaxınlaşır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) dünyanın 16 ölkəsində yaşayan 16 min nəfərin iştirakı ilə anket sorğusu keçirib.

Publika.az xəbər verir ki, sorğuda dünyadakı qarşıdurmalarla bağlı suallar yer alıb.

Nəticələrə görə, 20-35 yaşlı respondentlərin 54%-i növbəti 10 ildə nüvə müharibəsinin olacağından qorxur.

Anketə qatılanların 47%-i III Dünya müharibəsinin yaşanacağına inanır. 46%-i isə bunun əksini düşünür.

İştirakçıların 74%-i dünyadakı qarşıdurmaların qarşısının alına biləcəyini fikirləşir. 23%-i isə bunun qaçılmaz olduğuna inanır.

1981-2000-ci illərdə (Bu illər arasında anadan olanlar “Millenium Qurşağı” da adlandırılır) doğulanların fikrincə, korrupsiya, işsizlik və yoxsulluq insanlara ən çox təsir göstərir.

Komitənin prezidenti Piter Maurer məsələ ilə bağlı açıqlamasında “Millenium Qurşağı”nın gələcək haqqında təşvişli olduğunu bildirib: “Bu insanlar sabahın qərar verənləri olacaq. Bu gün qarşıdurmalar haqqında nə düşündükləri və təşvişləri dünyanın gedişatına dair daha yaxşı ehtimallar ortaya qoya bilər”.

Qeyd edək ki, anketin nəticələri komitənin rəsmi saytında dərc olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm