Davos Forumu öz işinə başladı
Bizi izləyin

Dünya

Davos Forumu öz işinə başladı

İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu öz işinə başlayıb.

Publika.az xəbər verir ki, forumda 117 ölkədən 3 minə yaxın iş adamı, siyasətçi, akademik və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edir.

Zirvə uyğunlaşmış və davamlı dünyanın tərəfləri mövzusu ilə start götürüb.

Davosda bir çox ölkə prezident və baş nazir səviyyəsində təmsil edilir. Onlardan biri də Azərbaycandır.

Zirvədə ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, İtaliya Baş naziri Cüzeppe Konte, Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen və İspaniyanın Baş naziri Pedro Sançezin çıxış edəcəyi gözlənilir.

Forum çərçivəsində keçiriləcək toplantılarda iqlim dəyişikliyi başda olmaqla, ticarət, iqtisadi və diplomatik məsələlər müzakirəyə çıxarılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm