Soydaşımız Odessanın prokuroru oldu
Bizi izləyin

Dünya

Soydaşımız Odessanın prokuroru oldu

Ukraynanın baş prokuroru Odessa şəhərinə yeni prokurorun təyin olunması haqqında əmr imzalayıb.

Bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub.

Ukrayna Azərbaycanlı Gənclər İttifaqından verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm