Ölkə ŞOKDA: ölənlərin sayı 41-ə çatdı
Bizi izləyin

Dünya

Ölkə ŞOKDA: ölənlərin sayı 41-ə çatdı

Çində yeni tip “2019-nVoC” koronavirusdan ölənlərin sayı 41-ə çatıb.

Publika.az xəbər verir ki, ölkə miqyasında yayılan koronavirus diaqnozu 287 nəfərdə təsdiqlənib.

Bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama verib.

Açıqlamaya əsasən, virusa yoluxma şübhəsi olanların sayı 965-ə yüksəlib. Bununla birlikdə, 38 nəfər müalicə edilərək evə buraxılıb.

Epidemiyaya yoluxanlarla təmasda olan 13 min 967 nəfər müşahidə altında saxlanır.

VİRUSUN ƏLAMƏTLƏRİ

Koronavirus nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə insandan insana keçir. İlkin simptomları kəskin temperatur, boğaz ağrısı, tənəffüs çatışmazlığı və ishaldır. İrəliləyən zamanda ağ ciyər və böyrək çatışmazlığı, sətələcəmə səbəb ola bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm