Dünya
Gürcüstanda seçkilər başa çatdı
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın
sözlərinə görə, yerli seçkilərin ikinci turunda bütün seçki
prosedurları qanuna uyğun keçirilib.
ANS PRESS-in məlumatına görə, bazar gününə keçən gecə Jvaniya şəhər
icra hakimiyyətləri və bələdiyyə başçılarının seçkilərini şərh
edərkən "Biz bütün prosedurları başa çatdırmamışıq, ona görə ümumi
qiymət vermək çətindir, lakin biz iki şeyi deyə bilərik: bütün
seçki prosedurları qanuna uyğun keçirilib və səsvermə dinc bir
mühitdə baş tutub" - sözlərini ifadə edib.
Qeyd edək ki, Gürcüstan vətəndaşları şənbə günü, seçkilərin ikinci
turunda 8: Tbilisi, Batumi, Rustavi, Poti, Qori, Msxeta, Ozurqeti
və Telavi şəhərlərinin icra başçısını, eləcə də 13: Ahmet, Kvareli,
Qori, Tianeti, Martvili, Kobuleti, Baqdati, Xoni, Tkibuli,
Lançxuti, Tercola, Telavi və Xulo özünüidarəetmə orqanına başçı
seçiblər.
MSK-nın ilkin məlumatına görə, bütün şəhər və rayonlarda hakim
koalisiya olan "Gürcüstan Arzusu" irəlidədir
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT