Çinin köməyinə Türkiyə çatdı - Fasiləsiz işləməyə başladılar
Bizi izləyin

Dünya

Çinin köməyinə Türkiyə çatdı - Fasiləsiz işləməyə başladılar

Çində yayılan yeni koronavirus epidemiyasına görə ölkə miqyasında qoruyucu üz maskası tükənib.

Publika.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən zavodlara istehsalın artırılması çağırışı edilsə də, istehlak qarşılana bilmir.

Təcili şəkildə maska axtarışına çıxan Çinin imdadına Türkiyə çatıb.

Marka istehsal edən firmaların açıqlamasına görə, çinlilər Türkiyəyə 2 milyondan çox sifariş verib. Türk firmalar istehsal qabiliyyətini artırmaq üçün fasiləsiz işləməyə başlayıb.

Qeyd edək ki, Çində 59 min 990 nəfər müşahidədə saxlanılır. Virusa yoluxma şübhəsi isə 9 min 239 nəfərdə var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm