İŞİD-in payladığı “tövbə kartı”
Bizi izləyin

Dünya

İŞİD-in payladığı “tövbə kartı”

İraqdakı terror təşkilatı İŞİD vəhşiliklərindən xilas olmaq istəyən əleyhdarları üçün “tövbə kartı” hazırlayıb.

Axar.az xəbər verir ki, İŞİD hazırladığı tövbənin mətnini sosial şəbəkələrdəki şəxsi hesabları vasitəsilə yayır.

İraq və Suriyanın müəyyən bölgələrini idarə edən İŞİD qüvvələrinin əvvəllər onlara qarşı döyüşmüş və fərqli təşkilatların üzvləri olan şəxslər üçün hazırladıqları tövbənin mətni belədir:

"Mən (ad və soyad) olaraq, (təşkilatın adı) təşkilatına bağlı qrup (Nusra cəbhəsi, İslami cəbhə və OSO və sair ola bilər) içində İslam Dövlətinə qarşı döyüşmənin Allah və Onun elçisinə qarşı döyüşmək demək olduğunu təsdiqləyir və bir daha ona qarşı çıxmayacağıma və savaşmayacağıma söz verirəm.
İslam Dövlətinin məlumatı olmadan heç bir qrupa qatılmamaq və ya qrup qurmayacağıma, əvvəl bağlı olduğum qrupun və şəxsi silahlarımı təslim edəcəyimə, digər qrupların idarəsindəki bölgələrə getməyəcəyimə söz verirəm. Bu şərtləri pozacağım təqdirdə məni hansı cəzanın gözlədiyini bilir və bunu qəbul edirəm".

Tövbə etmək istəyənlər özləri ilə iki fotoşəkil aparmalıdır. Onlar İŞİD-in qurduğu məhkəmə qarısında tövbə mətnini oxuyub imzaladıqdan sonra məhkəməyə təslim edirlər.

Qeyd edək ki, İŞİD İraqda ələ keçirdiyi bir çox bölgədə tövbə məntəqələri quraraq xalqa tövbə etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm