Bu şəhərlərə uçuşlar dayandırıldı - Baş nazirdən koronavirus tədbirləri
Bizi izləyin

Dünya

Bu şəhərlərə uçuşlar dayandırıldı - Baş nazirdən koronavirus tədbirləri

Kanadanın “Air Canada” aviaşirkəti Çinin Pekin və Şanxay şəhərlərinə uçuşları dayandırıb.

Publika.az xəbər verir ki, şirkət Çində yayılan koronavirus epidemiyasına qarşı təhlükəsizlik tədbirləri məqsədilə bu addımı atıb.

Şirkətdən verilən açıqlamada təyyarələrin son reysinin bu gün gerçəkləşəcəyi bildirilib. Bu vəziyyət 29 fevrala qədər davam edəcək.

“Air Canada” Çinə Toronto, Vankuver və Monreal şəhərlərindən 33 uçuş gerçəkləşdirir.

Baş nazir Castin Trüdo daha əvvəl Çində yaşayan Kanada vətəndaşlarının taleyi ilə bağlı tədbirlər görəcəklərini açıqlamışdı.

Qeyd edək ki, son olaraq Kanadanın Britaniya Kolumbiyası əyalətində aşkarlanan virus daşıyıcısı ilə birlikdə ölkədə koronaviruslu xəstə sayı 3-ə çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm