Türkmanlar Xanım Zeynəb türbəsinə sığındı – Foto
Bizi izləyin

Dünya

Türkmanlar Xanım Zeynəb türbəsinə sığındı – Foto

İraq-Şam İslam Dövləti (IŞİD) terrorçuları Təlafər şəhərini ələ keçirdikdən sonra buradan qaçqın düşən ailələr məktəb, məscid və türbələrə sığınıb.

Axar.az xəbər verir ki, İraqın şimalında yaşayan türkmanlar da Sincar mahalına sığınıb.

Qeyd edək ki, verilən məlumatlarda türkman ailələrdə uşaqların kütləvi ölüm halları qeydə alınır. Havanın tempraturunun əlli dərəcəni keçdiyi bölgədə minlərlə insan küçələrdə gecələyir.

Onu da bildirək ki, türkmanların bir qismi də Sincarda Xanım Zeynəbin türbəsinə pənah gətirib. Digər yerlərdən fərqli olaraq təhlükəsiz hesab olunan türbədə 570 türkman ailəsinin qaldığı bildirilir.

Əksər hissəsinin uşaqlar olduğu türbədə infeksion xəstəliklərin yayıldığı və az qala hər gün azyaşlı uşaqların öldüyü bildirlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm