Putin Merkelə zəng etdi
Bizi izləyin

Dünya

Putin Merkelə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, liderlər Liviya böhranını, həmçinin Ukrayna və Suriyanın durumunu müzakirə edib.

Kremldən verilən açıqlamada tərəflərin Berlindəki Liviya Konfransında verilən qərarların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardığı qeyd edilib.

Açıqlamada hər iki liderin Liviyada davamlı atəşkəsin təmin edilməsi və siyasi dialoqun başlaması üçün beynəlxalq toplumun təşəbbüslərini artırmasına diqqət çəkdiyi bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm