Dünya
BMT-dən tükürpərdən rəqəm
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada baş verən
qida israfı barədə hesabatını açıqlayıb. Bu hesabata görə, istehsal
olunan hər 3 ərzaqadan biri yeyilmədən zibilliyə atılır. ABŞ-da
istehsal olunan yeyinti məhsullarının 40 faizi, Avropada isə hər il
100 milyon ton yeyinti məhsulu yeyilmədən xarab olur. Bu israfın
maliyyəti 750 milyard dollardır. Bütün bunlara baxmayaraq dünyada
milyardlarla insan aclıq və səfalət içərisində yaşayır.
Yenə də FAO-nun hesabatına görə, tarlalarda əkilən məhsulun 28
faizi zibilliyə atılır. İsraf olunan yeyinti məhsullarının 39 faizi
meyvə və tərəvəzdir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi İqtisadi Araşdırmalar Mərkəzinin
hesabatına görə, bu ölkədə hər il 141 trilyon kalori israf olunur.
Mərkəz, israfın qarşısı alınacağı təqdirdə dünyada ərzaq
qiymətlərinin ucuzlaşacağını bildirib.
Hindistan kimi ölkələrdə isə havanın temperaturunun yuxarı olması
səbəbindən çox miqdarda meyvə və tərəvəz satışa çıxarılmadan
zibillikdəki "yerini" tutur.
Bitkilər sulandığı zaman sərf olunan artıq su 9 milyon insanın
gündəlik su tələbatını qarşılayacaq səviyyədədir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...