Şəhər İFLİC vəziyyətdə: Dəhşətli görüntülər gəlir - FOTO
Bizi izləyin

Dünya

Şəhər İFLİC vəziyyətdə: Dəhşətli görüntülər gəlir - FOTO

Koronavirus epidemiyası iqtisadiyyata da ciddi zərbələr vurub.

Publika.az xəbər verir ki, 11 milyon əhalisi olan Uhan şəhərində səyahətə gedənlərin sayında ciddi azalma var.

Epidemiya səbəbilə çox sayda insan virusa yoluxa biləcəyini düşündüyü yerlər və tədbirlərdən qaçır. Virus qorxusu restoran, kinoteatr, nəqliyyat xidmətləri, hotel və mağazaların işinə da təsirsiz ötüşməyib. Xüsusilə kiçik şirkətlər pul itkisi ilə üzləşib.

Bundan başqa tədarük zəncirlərinə dair narahatlıqlar da var. Cənubi Koreya şirkəti olan “Hyundai” ehtiyat hissələrini Çindən tədarük etdiyi üçün istehsalı dayandırmağı planlaşdırıb.

Çin səhm bazarının əsas göstəricisi hesab edilən “Shanqhai Composite” ( SSEC) indeksində 8 faizlik azalma var. Sənaye məhsullarının qiymətləri də aşağı tendensiya ilə gedir.

Xam neftin qiyməti son bir ildə ən aşağı səviyyədədir. Son iki həftədəki azalma 15 faizdir. Bəzi neft istehsalçısı ölkələr qiymətlərin artması üçün hasilatı azaltmağı düşünür.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm