Luqansk aeroportu azad edildi
Bizi izləyin

Dünya

Luqansk aeroportu azad edildi

Ukrayna antiterror gücləri ötən gecə Luqansk aeroportuna daxil olub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun “facebook” səhifəsində bildirilib.

“Hazırda antiterror güclərinin qərargahından Ukrayna prezidentinə məlumat verdilər ki, hərbçilər Luqansk aeroportuna daxil olub. Ukraynaya eşq olsun!”- xəbərdə deyilir.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin inzibati mərkəzləri hazırda rusmeyilli separatçıların nəzarəti

altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm