Luqansk aeroportu uğrunda şiddətli döyüşlər gedir
Bizi izləyin

Dünya

Luqansk aeroportu uğrunda şiddətli döyüşlər gedir

Separatçılar dünən Ukrayna ordusunun ələ keçirdiyi Luqansk aeroportunu mühasirəyə alıb.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Luqansk “komendantı” Sergey Qraçov bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunları Luqansk şəhərinin təxminən on kilometr şimalındadır. “Komendant” aeroport yaxınlığında və Metallist qəsəbəsi ətrafında döyüşlərin getdiyini deyib.

S.Qraçov Ukrayna ordusunun bir tankının məhv edildiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm