Dəhşətli qar uçqunu: 21 nəfər öldü
Bizi izləyin

Dünya

Dəhşətli qar uçqunu: 21 nəfər öldü

Əfqanıstanın Daykundi vilayətində qar uçqunu olub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 21 nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb. Onlarla evə ziyan dəyib, çox sayda heyvan tələf olub.

Əfqanıstan Daykundi Fövqəladə Hallarla Mübarizə İdarəsinin sədri Əsədullah Sərvəri verdiyi açıqlamada şəhər miqyasında qar yağışının günlərdir intensiv olduğunu və bir çox rayonlarla əlaqənin kəsildiyini deyib. O, qar altında qalan 7 nəfərin xilası üçün işlər aparıldığını bildirib.

Daykundi miqyasında indiyə qədər 31 qar uçqunu baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm