Rusiya ordusunun Ukraynaya daxil olacağı vaxt açıqlandı
Bizi izləyin

Dünya

Rusiya ordusunun Ukraynaya daxil olacağı vaxt açıqlandı

Rusiya sabah Ukraynaya hərbi müdaxilə etmək niyyətindədir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri və “İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Rostov vilayətindən Ukraynaya xüsusi təyinatlı dəstənin müdaxiləsini hazırlayır.

“Ötən istirahət günlərində bu barədə tam təsdiq edilmiş məlumatları aldıq. Rostov vilayətində xüsusi təyinatlı dəstələr yerləşdirilib. Bunlar Rusiya xüsusi təyinatlı dəstənin kəşfiyyat-diversiya qruplarıdır”, - hərbi ekspert deyib.

D.Tımçuk bildirib ki, xüsusi təyinatlı dəstə “sülhməramlılar” adı altında Ukrayna ərazisinə daxil olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm