Dünya
Hərbi əməliyyatlar dayandırıldı - Prezident ordunu geri çəkdi
Əfqanıstan Təhlükəsizlik Qüvvələri Taliban qruplaşmasına qarşı bütün əməliyyatları dayandırıb.
Publika.az-ın məlumatına görə, bu barədə prezident Məhəmməd Əşrəf Qani təlimat verib.
Prezident məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-Taliban sülh müzakirələri çərçivəsində ötən gün yerli vaxtla 00:00-dan etibarən ölkə miqyasında hücumları azaltmaqla bağlı qərarın qüvvəyə mindiyini bildirib. Taliban bu qərarı məmnuniyyətlə qarşılayıb.
Qani ölkədə fəaliyyət göstərən digər terror qruplaşmalarına qarşı əməliyyatların davam edəcəyini vurğulayıb. O, ABŞ-Taliban sülh müqaviləsinin imzalanmasından sonra Əfqan-Taliban cəbhəsində dialoqun başlanmasına əngəl qalmayacağını, bunun üçün bütün səviyyələrdə müzakirələrə hazır olduqlarını dilə gətirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ ilə Taliban qruplaşması arasında 2018-ci ilin dekabr ayında başlayan sülh müzakirələrini 5 sentyabr 2019-cu il tarixində Əfqanıstanda xidmətdə olan ABŞ əsgərlərinə hücumdan sonra dayandırmışdı. Sülh görüşləri Talibanın girov götürdüyü 2 amerikalını sərbəst buraxmasından sonra yenidən başlamışdı.
Zümrüd
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır